TƏRCÜMƏÇİLƏRİN ETİK KODEKSİ HAZIRLANDI

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası yerli tərcüməçilər üçün hazırlanmış ilk Davranış kodeksinin, Vətəndaş Cəmiyyətinə Dəstək layihəsinin və yerli mətbuatın gündəlik ingilis dilli icmalını yayımlayan “www.pressaz.com” saytının təqdimatını keçirib.

Qurumun sədri İsmayıl Cəbrayılov qeyd edib ki, bu, Azərbaycanda gənc tərcüməçilər üçün ilk kodeksdir. Tərcüməçilərin davranış qaydalarını, etik normaları, hüquq və vəzifələrini izah edir, tənzimləyir. Kodeks sifarişçi ilə münasibətlər, məlumatın tərcüməsi zamanı məxfiliyə əməl olunması, qərəzsizlik, obyektivlik, bitərəflik, peşə həmrəyliyi, tərcümə bacarığı, əməyin ödənilməsi kimi bölmələri əhatə edir. “Hazırda  Assosiasiyanın  92 üzvü var və onlar hər kəsdən öncə Kodeksin bəndlərinə əməl etməlidirlər”-deyə Cəbrayılov bildirib.

             Müddətsiz Vətəndaş Cəmiyyətinə Dəstək layihəsinin başlanmasını elan edən İsmayıl Cəbrayılov  layihə çərçivəsində müraciət əsasında, vətəndaş cəmiyyəti qurumlarına, o cümlədən ehtiyacı olan QHT-lər və gənclər təşkilatlarına Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının könüllülərinin ödənişsiz tərcümə xidmətləri göstərəcəyini deyib. Müraciət etmək üçün AGTA-nın rəsmi veb səhifəsində (www.agta.az) yerləşdirilən müraciət formasını doldurub göndərmək lazımdır.

            Bundan əlavə, bu il oktyabrın 18-dən Assosiasiya Azərbaycan mətbuatının  ingilis dilində icmalını hazırlayıb “pressaz.com” saytına yerləşdirir. İcmal əcnəbi dilli vətəndaşlar üçün nəzərdə tutulub, rəsmi, hökumətyönlü, həm də müxalifət və müstəqil qəzetləri əhatə edir.

 

Previous Post

SAKİNLƏR MÜLKİYYƏT HÜQUQLARININ BƏRPASINI TƏLƏB EDİRLƏR

Next Post

ÖLÜMLƏ HƏDƏLƏNƏN “XURAL” QƏZETİNİN ƏMƏKDAŞI ABŞ SƏFİRLİYİNƏ DƏVƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.