EKSPERTİZA MEHMAN HÜSEYNOVUN XƏSARƏT ALMADIĞI BARƏDƏ RƏY VERİB

             Avqustun 8-də Turan İnformasiya  Agentliyinin və Reportyorları Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı, jurnalist Mehman Hüseynov Polis İdarəsinin çağırışı ilə Səbail Rayon Polis İdarəsinə gedib.

İdarədə Mehman Hüseynov 20 iyunda keçirilən ekspertiza rəyi ilə tanış olub. Ekspertiza rəyində göstərilir ki, Mehman Hüseynov xəsarət almayıb. M. Hüseynov rəylə razı olmadığını müstəntiqə bildirib və protokola da qeyd edib. “Ekspertiza gec təyin oldunduğu üçün bədənimdə xəsarətlərin görünən əlamətləri itmişdi”,-deyə Hüseynov əlavə edib.

            Xatırladaq ki, Mehman Hüseynov iyunun 12-də Səbail rayon Polis İdarəsində 3 saata yaxın dindirildikdən sonra şübhəli şəxs qismində saxlanıb. İyunun 13-də Mehman Hüseynov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi üzrə  təqsirləndirilən şəxs hesab olunub və məhkəməyə göndərilib. Məhkəmə həbs qətimkan tədbiri seçməsə də Səbail Rayon Polis İdarəsində Mehman Hüseynov barəsində başqa yerə getməmə barədə iltizam qətimkan tədbiri seçilib. Mehman Hüseynova qarşı açılmış cinayət maddəsində 2 ilədək islah işləri və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

            Mehman Hüseynovdan şikayət edən polis əslində fotojurnalistin peşə fəaliyyətinə müdaxilə edərək onu təhqir edib, zor tətbiq edib.  Polis Mehman Hüseynovun və onun iş yoldaşı Mirrəhim Həsənovun kameralarına zərbə endirərək onları sındırıb.

            RATİ və bir çox Beynəlxalq təşkilatlar Mehman Hüseynova qarşı cinayət işinin açılmasını siyasi sifariş hesab edir. Bu addım Eurovision yarışmasından sonra vətəndaş cəmiyyətindən qisas almaq kimi qəbul olunur.

Previous Post

BAŞ REDAKTORA QARŞI İDDİA MƏHKƏMƏ İCRAATINA GÖTÜRÜLÜB

Next Post

İRANDA HƏBSDƏ OLAN ŞAİRLƏRİN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.