SABİQ NAZİR JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA QOŞULACAQ

Hüquq müdafiəçiləri Səidə Qocamanlı və Səadət Bənənyarlı dünən 12 saylı cəzaçəkmə müəssisəsində olmuş və “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə baş çəkmişlər.

S. Qocamanlı APA-ya açıqlamasında 8 gündür aclıq edən jurnalistin  səhhətini normal qiymətləndirsə də, bir neçə gündən sonra onun səhhətində fəsadların ortaya çıxacağını vurğulayıb.
Daha sonra hüquq müdafiəçiləri 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq səhiyyə naziri Əli İnsanovla da  görüşüblər. Görüşdə sabiq nazir bildirib ki, jurnalistlərin aclıq aksiyasına dəstək məqsədilə aprelin 3-dən aclığa başlayacaq. Və bununla bağlı müəssisə rəhbərliyinə müraciət edəcək.

Previous Post

MİRZƏ SAKİT DƏ JURNALISTLƏRIN ACLIĞINA QOŞULUB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.