MİRZƏ SAKİT DƏ JURNALISTLƏRIN ACLIĞINA QOŞULUB

Qızıldaş qəsəbəsindəki 14 saylı cəza çəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin jurnalist satiriki Mirzə Sakit aprelin 3 dən Eynulla Fətullayevlə və digər jurnalistlərlə həmrəy olaraq aclıq aksiyasına başlayacaq.

Bu xəbəri RATİ-yə Zahidovla bu gün həbsxanada görüşən onun həyat yoldaşı Rəna Zahidova verib.
Zahidova onu da bildirib ki, satirikin səhhəti yenə də pisləşib. Bundan əlavə həbsxana rəhbərliyi tərəfindən ona mənəvi işgəncə verilir. Belə ki, onu xəstə olduğu halda həbsxananın tibb məntəqəsinə köçürmürlər. Hazırda onu yüzə yaxın məhbusla bir yerdə həbsxana normalarından qat-qat kiçik otaqda saxlayırlar. Zahidova həmçinin heç bir müstəqil və ya müxalifət qəzetini oxumağa imkan vermirlər
Sabahdan aclığa qoşulan Zahidov ümumi tələblər ilə yanaşı  həmçinin onun yanına hüquq müdafiəçilərinin və ombudsmanın baş çəkməsini istəyir.

Previous Post

SİYASƏTÇİLƏR JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA QOŞULUB

Next Post

SABİQ NAZİR JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA QOŞULACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.