BƏXTİYAR HACIYEV POLİS NƏZARƏTİNƏ GÖTÜRÜLDÜ

Gəncə Şəhər Prokurorluğu 7 noyabr 2010-cu il parlament seçkilərində namizəd olmuş Bəxtiyar  Haciyev barəsində 2 aylıq polis nəzarəti altına vermək qətimkan tədbiri seçilib.  Hacıyevin bu gün (3 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, Prokurorluğun bu qərarı qərəzlidir, qərarda təhriflər var və bəzi faktlar gizlədilib.

Haciyevin sözlərinə görə, Prokurorluq onun Gürcüstana hansı məqsədlə getdiyini bilməsə də, qərarda təhsilini davam etdirmək adı ilə ölkəni tərk etmək istədiyi barədə qeyd var. Onun sərhəddə saxlanma tarixi də səhv yazılıb.

            Hacıyev  bu cür qərarın verilməsini başlanmış cinayət işində onun təqsirli olmasını sübut edən hüquqi əsas tapa bilməməsi ilə izah edib. O bu qərarı siyasi təzyiq prosesini daha 2 ay müddətinə artırmaq kimi qiymətləndirib.

            RATİ əməkdaşı ilə söhbətində Hacıyev siyasi təzyiqlərin səbəblərini 7 noyabr seçkilərində namizəd kimi səsləndirdiyi fikirlərlə, müxalifətə yaxın olması və gələcəkdə gənclərlə birgə hakimiyyətə xoş gəlməyən müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqələndirib.  

Previous Post

“XURAL” QƏZETİ CƏRİMƏLƏNDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.