AĞ EVİN SABİQ MƏTBUAT KATİBİ DEYNA PERİNO AZƏRBAYCANDA MEDİANIN DURUMUNU MÜZAKİRƏ EDİB

Bu gün (13 may) media nümayəndələri ilə görüşən Ağ Evin sabiq mətbuat katibi Deyna Perino Azərbaycanda medianın durumunu müzakirə edib.

Mətbuat Şurasında keçirilən tədbirdə söz azadlığı, informasiya mənbələrinə çıxışla bağlı müzakirələr aparılıb. Deyna Perino Ağ Evin mətbuatla ünsiyyəti, hökumət-mətbuat münasibətləri və bu münasibətlərin əhəmiyyəti barədə təcrübəsini Azərbaycanın media nümayəndələri ilə bölüşüb. Azərbaycanlı media nümayəndələri ölkə prezidentinin bu günədək Azərbaycanda fəaliyyət göstərən milli mətbuata müsahibə verməməsi və brifinq keçirməməsini xüsusi vurğulayıblar. Deyna Perino isə Prezident Aparatının və Xarici İşlər Nazirliyinin mətbuat xidmətlərinin rəhbərləri ilə görüşdüyünü, onlarla öz  təcrübəsini bölüşdüyünü bildirdi. O qeyd etdi ki, ABŞ prezidentinin mətbuat xidmətinin işi 50 illik təcrübəyə malikdir və bu təcrübə hər zaman irəliyə doğru inkişafdadır. Dayna Perino yaxın gələcəkdə Azərbaycanın rəsmi qurumlarının mətbuat xidmətlərinin işinin də müsbət istiqamətdə inkişaf edəcəyinə ümidvar olduğunu söylədi.
Görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov, Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı, Jurnalist Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq   Ələsgərli, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson iştirak ediblər.
Qeyd edək ki, Ağ Evin sabiq mətbuat katibi Dana Perina hazırda ictimaiyyətlə strateji əlaqələrin yaradılması üzrə aparıcı konsaltinq şirkəti kimi tanınan Burson-Marştellerdə Baş İşlər üzrə Müşavir vəzifəsində çalışır.
Previous Post

ELAN!

Next Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.