MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (14 may) Abşeron Rayon Məhkəməsində hakim Şəmsəddin Abbasovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin (CM) 127, (qəsdən sağlamlığa az ağır zərər vurma) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.3-cü maddələri (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilməli idi.

Prosesdə jurnalistin vəkilləri – Elçin Sadıqov və Əlayif Həsənov prosesdə iştirak etmədiyindən təqsirləndirilən M. İsmayıloğlu hakimdən prosesi təxirə salmağı xahiş etdi. Hakim  məhkəmə prosesini 21 may saat 16:00-a qədər təxirə saldı.
Xatırladaq ki, M.İsmayıloğlu bağ qonşusu olan Daxili İşlər Nazirliyinin əməkdaşı Vahid İmanovun qulluqçusunun şikayəti əsasında iyunun 27-də polisə çağırılmışdı. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Bu səbəbdən M.İsmayıloğluna qarşı Cinayət Məcəlləsinin  221.3-cü maddəsi (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilən xuliqanlıq) ilə cinayət işi açılıb. M.İsmayıloğlu isə ona şər atıldığını və jurnalist fəaliyyətinə görə böhtana məruz qaldığını iddia edir
Previous Post

AĞ EVİN SABİQ MƏTBUAT KATİBİ DEYNA PERİNO AZƏRBAYCANDA MEDİANIN DURUMUNU MÜZAKİRƏ EDİB

Next Post

“XURAL” QƏZETİNİN MADDİ TEXNİKİ BAZASINDA “REGİONAL TƏHLÜKƏSİZLİK İNSTİTUTU” FƏALİYYƏT GÖSTƏRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.