ZAHİDOVA HÖKMÜN OXUNMASI QEYRİ MÜƏYYƏN VAXTA QALDI

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun işi üzrə məhkəmə prosesi keçirilib.

Proses baş redaktorun vəkillərinin çıxışları ilə başladı. İlk çıxış edən vəkil Əlaif Həsənov Zahidovun həbsini onun sırf jurnalist fəaliyyətinə görə quraşdırılmış bir iş olduğunu bildirdi. Vəkil çıxışında qeyd etdi ki, “Q. Zahidov həbs olunmamışdan əvvəl mətbuatda özünün həbs olunacağı barədə demişdi. Azərbaycanda ən çox tirajla nəşr olunan qəzetlərdən “Gündəlik Azərbaycan” və “Yeni Müsavat” qəzetlərinin baş redaktorları Eynulla Fətullayev və Rauf Arifoğlu da vaxtilə həbs olunacaqları barədə qabaqcadan mətbuatda xəbərlər vermişdilər”.
 Vəkil Elçin Sadıqov isə öz çıxışında vurğuladı ki, “Vüsal Həsənov “Yeni Xəbər” qəzetinin baş redaktorunun həbs olunması əməliyyatında iştirak edib”.
 Vəkil Osman Kazımov digər vəkillərdən fərqli olaraq geniş çıxış etdi: “V.Həsənov və Q.Zahidovun hər ikisi də hal-hazırda burada təqsirləndirilən şəxs kimi əyləşiblər. Dövlət ittihamçısı V. Həsənova iki il cəza istəyən zaman o özünü nəinki müdafiə etdi, əksinə o öz qarşısına qoyulan əməliyyatı axıra qədər yerinə yetirməyə çalışdı. Bütün şüuru ilə Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərən bu cür şəxsə qarşı belə ucuz əməliyyat aparılıb: Bu ailəyə qarşı dövlət səviyyəsində mübarizə aparılır”.
 O. Kazımov prosesdə iştirak edənlərdən hakimi qərar çıxaran zaman alqışlamağı xahiş etdi: ”Hakim xanım olduğu üçün qərar çıxaran zaman onu alqışlayın. Qoymayaq xanım hakim bu rejim qarşısında sınsın”.
Daha sonra Zahidov son sözlə çıxış etdi. Q. Zahid çıxışında əsasən özünü tarixdə əqidəsinə görə təzyiqlərə məruz qalmış şəxslərlə  müqayisə etdi. O təqsirsiz olduğunu söylədi: “mən bu cür ucuz oyunlarda özümü təmiz və təqsirsiz sayıram”.
 V. Həsənov isə son sözündə dövlət qarşısında göstərdiyi xidmətlərindən danışdı: ”bu xidmətlərimi nəzərə alaraq hakimdən xahiş edirəm ki, mənə ya şərti cəza verilsin ya da məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilim.”
Bütün çıxışlar bitdikdən sonra hakim S. Məmmədova məhkəmənin müşavirəyə getdiyini elan etdi. Lakin qərarın nə vaxt veriləcəyini bildirmədi.         

Previous Post

QƏZETİN TƏSİSÇİSİ ANS-İN İDDİASINI ƏSASSIZ SAYIR

Next Post

ÖZƏL TELEKANAL VƏ İNFORMASİYA AGENTLİKLƏRİ YOXLANILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.