4 JURNALİSTƏ YARDIM EDİLİB

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu “Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu”na yenidən 8 aylıq layihə çərçivəsində 22.000 ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb. Fondun İdarə Heyətinin ötən həftə keçirilən iclasında 4 jurnalistə bütövlükdə 1050 AZN həcmində yardım ayrılması barədə qərar qəbul olunub.

Fondun Əsasnaməsinin “məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi bəndi”nə görə, “Cənub xəbərləri” qəzetinin əməkdaşı Pərviz Əzimova 250 AZN, “fanat.az” saytının təsisçisi Zahir Rəhimova 250 AZN, “fanat.az” saytının yazarı Natiq Muxtarova 250 AZN, “peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi bəndi”nə görə isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sabiq əməkdaşı Əjdər Nağıyeva 300 AZN məbləğində maddi yardım edilib.
Qeyd edək ki, Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.

Previous Post

ELAN!

Next Post

JURNALİSTLƏRİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.