Bu gün (09 dekabr) Bakı Apellyasiya məhkəməsində Hüseyn Talıbovun sədrliyi ilə “Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənov, “Yeni Müsavat” qəzetinin əməkdaşı sabiq əməkdaşı Əfqan Muxtarlı və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun Səbail rayon prokurorluğuna qarşı qaldırdıqları iddiaya əsasən Səbail rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə proses keçirilib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən iddiaçı Elçin Həsənov bildirdi ki, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, jurnalistlərin polis təzyiqinə məruz qalması ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılmış və prokurorluq cinayət işinin başlanılmasını rədd etmişdi. Bu səbəbdən onlar Səbail rayon məhkəməsinə müraciət edərək, fiziki təzyiq göstərmiş polis nəfərlərinə cinayət işinin başlanılması və prokurorluğun araşdırmasının qanunsuz hesab edilməsi ilə bağlı Səbail rayon məhkəməsində iddia qaldırmışdılar. Səbail rayon məhkəməsi 28 sentyabr 2009-cu ildə iddianın təmin olunmaması ilə bağlı qərar çıxarıb.
Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu ildə Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün 39-cu polis bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər.
“Yüksəliş naminə” qəzeti 2004-cü ildən fasilələrlə ABŞ-ın Milli Dəstək Fondunun (NED) maliyyə dəstəyi ilə həftədə 1 dəfə dərc olunur.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir və ölkənin ən çoxtirajlı qəzetlərindəndir.
“Yeni Müsavat” qəzeti 1992-ci ildən gündəlik qəzet kimi fəaliyyət göstərir və ölkənin ən çoxtirajlı qəzetlərindəndir.