DAXİLİ QOŞUNLARDAN “NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI QALDIRILAN 4 İDDİA BİR İCRAATDA BİRL

Bu gün (10 iyul) Nizami rayon Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların kadrlar idarəsini rəisi Nəsir Hüseynovun  “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddiası üzrə keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.

Belə ki, Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov, Daxili Qoşunlar komandanının müavini, general-mayor Fəxrəddin Səmədov, Daxili Qoşunların kadrlar idarəsini rəisi polkovnik Nəsir Hüseynov və Daxili Qoşunların maliyyə Xidmətinin rəisi Namiq Poladovun Sərdar Əlibəyli barədə qaldırdıqları eyni iddialar birləşdirilərək baxılması üçün hakim  Vidadi Məmmədovun icraatına verilib. Proses 13 iyul saat 16.00-a təyin olunub.
 Xatırladaq ki, iddiaçılar “Nota” qəzetinin son aylarda nəşr olunmuş saylarında Daxili Qoşunlarla bağlı yazılarda şərəf və ləyaqətlərini ləkələyən  və onları nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək, Sərdar Əlibəyli barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət ediblər.
Previous Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ HƏBS OLUNUBLAR (2 HISSƏ)

Next Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.