ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dünən (9 iyul) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur. Emin F’tullayev qeyd etdi ki, baş redaktor ictimai-siyasi məsələlərlə maraqlanıb.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

DAXİLİ QOŞUNLARDAN “NOTA” QƏZETİNİN BAŞ REDAKTOR ƏVƏZİNƏ QARŞI QALDIRILAN 4 İDDİA BİR İCRAATDA BİRL

Next Post

“NOTA” QƏZETİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.