İNSAN HÜQUQLARI ÜZRƏ TƏŞKİLATLAR AŞPA-NIN AZƏRBAYCANLA BAĞLI QƏBUL ETDİYİ QƏTNAMƏSİNİ ALQIŞLAYIR

Bu gün (29 iyun) ARTİKL 19, İnsan Haqları Evi Fondu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Norveçin Helsinki Komitəsi Avropa Şurası Parlament Assableyasının Azərbaycanla bağlı qəbul etdiyi Qətnamə ilə bağlı birgə bəyanat verib.

Adları çəkilən təşkilatlar AŞPA-nın Azərbaycanla bağlı Qətnaməsini alqışlayır, davamlı monitorinq aparmağa çağırır. Bəyanatda deyilir:

“İyunun 24-də Avropa Şurası Parlament Assamleyası (AŞPA) Azərbaycanda demokratik institutların fəaliyyəti üzrə 1750 nömrəli qətnamə qəbul etmişdir. ARTİKL 19, İnsan Haqları Evi Fondu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Norveçin Helsinki Komitəsi qətnamənin qəbul edilməsini alqışlayır. Biz Azərbaycan hökumətini qətnamədə göstərilən tövsiyələri həyata keçirməyə və AŞPA-nı Azərbaycanda insan haqları üzrə vəziyyətin monitorinqini davamlı şəkildə aparmağa çağırırıq.

 

Biz, 21-24 iyun Avropa Şurası nümayəndəliyində iştirak edən və bu bəyanatı imzalayan təşkilatlar, narahatlıqla qeyd edirik ki, Azərbaycan İnsan Haqları üzrə Avropa Konvensiyasına qoşulduqdan on ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu ölkədə insan haqları geniş və ciddi şəkildə pozulur. AŞPA-nın 24 iyun sessiyasında müzakirə edilən hesabatda (12270 saylı sənəd) da əks olunduğu kimi ifadə azadlığı, toplaşma və birləşmə azadlıqları Azərbaycanda xüsusilə məhdudlaşdırılır. Azərbaycanda keçirilən seçkilər daim Avropanın azad və ədalətli seçki standartlarına uyğun olmur.  

 

Biz qətnamədə əks olunan təklifləri tam dəstəkləyir və diqqəti xüsusilə ifadə azadlığı və seçki islahatlarına dair təkliflərə yönəltmək istəyirik. Biz Azərbaycan hökumətini bu təkliflərə riayət etməyə və noyabrda keçiriləcək Parlament seçkilərini Avropanın azad və ədalətli seçki standartlarına uyğun keçirməyə çağırırıq. Xüsusilə də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etməyə və onu dərhal azad etməyə və gənc bloggerlər, vicdan məhbusu kimi tanınan Emin Millinin və Adnan Hacızadənin həbsilə bağlı işi daha dərindən və ədalətlə tədqiq etməyə çağırırıq.  

 

ARTİKL 19, İnsan Haqları Evi Fondu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Norveçin Helsinki Komitəsi AŞPA-nı  Avropa Şurası üzv ölkələrinin vəzifə və öhdəliklərinin yetirilməsi üzrə Komitə vasitəsilə Azərbaycan üzrə monitorinqləri davam etdirməyə çağırır. Biz istərdik ki, Azərbaycan üzrə yeni həmməruzəçilər Cozef Debono Qrex və Pedro Aqramunt Font de Mora öz mandatlarına ciddi yanaşaraq ölkənin mövcudAvropa Şurası standartlarına riayət etməsinin monitorinqini aparsınlar və  Avropa İnsan Hüquqları Konvensiyası üzrə Azərbaycanın öhdəlikləri barədə hesabatlılığın hazırkı səviyyəsini qoruyub saxlasınlar. Avropa Şurasının tam hüquqlu üzvü kimi Azərbaycan hakimiyyəti üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. “

 

Previous Post

TOMAS HAMMARBERQ AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLAYIB

Next Post

MÜTTƏHİM VƏ MƏHBUSLARIN QEYRİ-İNSANİ RƏFTARDAN ŞİKAYƏTLƏRİ ARTIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.