Beynəlxalq Freedom House Təşkilatı Azərbaycan hökumətini Qeyri-hökumət Təşkilatları haqqında Qanuna təklif edilən dəyişiklikləri qəbul etməməyə çağıran bəyanat yayıb.
Bəyanatda deyilir: “Birləşmə azadlığının konstitusiya tərəfindən təmin edilməsinə baxmayaraq, qanun layihəsi Azərbaycanda fəaliyyət göstərən bütün qeyri hökumət təşkilatlarının dövlət qeydiyyatından keçməsini və qeydə alınmamış qrup adından danışan və ya fəaliyyət göstərən hər bir kəsin cərimə olunmasını tələb edə bilər. Bundan əlavə, qanun layihəsi hökumətə hər hansı QHT-ni qeydə almaqdan imtina etmək üçün daha geniş əsaslar verir.”
““Freedom House ötən bir neçə il ərzində Azərbaycanda şahid olduğu azadlıq sahəsində vəziyyətin pisləşməsindən və hakimiyyətin güclənməsindən narahatdır” deyən təşkilatın icraçı direktoru Cennifer Windsor vurğulayıb ki, yeni QHT Qanunu layihəsi Azərbaycanda mövcud demokratik hesabatlılıq institutlarının fəaliyyətini daha da çətinləşdirir.
“Hər zaman olduğu kimi Azərbaycan hökuməti Qanun layihəsini işləməzdən öncə vətəndaş cəmiyyəti qrupları ilə məsləhətləşməyib. Ona görə də parlament bu qanun layihəsini olduğu kimi gündəlikdən çıxarmalıdır” – deyə Freedom House-un Orta Asiya və Qafqaz üzrə Baş Proqram Meneceri Cef Qoldsteyn bildirib.
“Biz hökuməti QHT-lərin imkanlarını məhdudlaşdırmaqdansa, ölkənin inkişafına və demokratikləşməsinə öz töhfələrini vermək üçün onların səlahiyyətlərini artıra biləcək qanun layihəsi hazırlamaq üçün vətəndaş cəmiyyəti ilə açıq məsləhətləşmə aparmağa çağırırıq"