“QHT HAQQINDA” QANUNA TƏKLİF OLUNAN ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR NARAHATÇILIQ YARADIR

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərlə bağlı bəyanatla çıxış edib. “Media forum” xəbər saytının məlumatına görə o qanuna dəyişikliklərin edilməsi ilə əlaqədar Milli Məclisin atdığı addımları yaxından izlənildiyi bildirib.

Səfir hesab edir ki, qanuna dəyişikliklər təsvir olunmuş kimi qəbul olunsa, beynəlxalq standartlarla ziddiyyət təşkil edəcək, söz və təşkilatlanma azadlığına əlavə məhdudiyyətlər tətbiq etmiş və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını əngəlləmiş olacaq.
Habelə, bu gün  ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel QHT qanununa təklif olunan əlavə və dəyişikliklərlə bağlı bəyanat verib: “Mənim ofisim 19 iyun 2009-cu il tarixində “QHT-lər haqqında” qanuna əlavə və dəyişikliklərin qəbul edilməsi ehtimalından narahatlığını ifadə edir və bildirir ki, bu, ölkədə QHT-lərin fəaliyyətinə mənfi təsir edə və bununla da insanların birləşmə və fikri ifadə etmək azadlıqlarını məhdudlaşdıra bilər”.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna təklif olunan  əlavə və dəyişikliklər layihəsi  ilə bağlı dəyərləndirmələr aparır və yaxın günlərdə öz rəyini açıqlayacaq. Bunu “Media forum” xəbər saytına açıqlamasında şuranın sədri, deputat Azay Quliyev deyib.
Həmçinin bu gün Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan siyasi partiyaların liderləri Ümid Partiyasının qərargahında keçirdikləri toplantıda  QHT qanununa təklif olunan dəyişikliklərə etiraz olaraq bəyanat qəbul ediblər.
Previous Post

GƏNCLƏR TƏŞKİLATLARI QHT QANUNUNA DƏYİŞİKLİKLƏRLƏ BAĞLI ETİRAZ MÜRACİƏTİ QƏBUL EDİB

Next Post

FREEDOM HOUSE (AZADLIQ EVİ) QHT QANUNUNA ƏLAVƏLƏRİ QƏBUL ETMƏMƏYƏ SƏSLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.