FREEDOM HOUSE İFADƏ AZADLIĞI İLƏ BAĞLI TƏDBİR KEÇİRİB

   Azadlıq və Demokratiya Sahəsində fəaliyyət göstərən Freedom House təşkilatı mayın 4-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı tədbir keçirib. 

Tədbirdə ABŞ Konqresinin üzvləri və Yaxın Şərq, keçmiş sovet ölkələri, Cənubi-Şərqi Asiya və dünyanın digər hissələrindən olan, ifadə azadlığı sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak etmiş və İfadə Azadlığı sahəsində mövcud olan ən mühüm problemlər barədə müzakirələr aparmışlar. ABŞ təmsilçiləri Adam Şiff  və Mayk Pens ABŞ konqresinin dünyada İfadə Azadlığını dəstəkləmək öhdəliyi olduğunu vurğulamışlar. Tədbirdə Azərbaycandan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov iştirak edib. Hüseynov Vaşinqtonda Freedom House təşkilatının icraçı direktoru David Kramer, təşkilatın media proqramının rəhbəri və  nümayəndələri ilə görüşlər keçirmişdir.

 

Previous Post

GƏNC FƏALLARIN VƏKİLLƏRİNƏ TƏZYİQLƏR EDİLİR

Next Post

“YENİ MÜSAVAT”-IN FOTOAPARATININ OLDUĞU YER MƏLUM DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.