Dindarların mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirdikləri aksiya zamanı “Yeni Müsavat” qəzetinin əməkdaşı Zülfiyyə Sakitqızı təzyiqə məruz qalıb. O, polislərə jurnalist olduğunu bildirsə də, təzyiqə məruz qalıb və fotoaparatı da əlindən alınıb.
“Redaksiya rəhbərliyinin DİN-ə müraciətindən və bu işin araşdırılmasının Nərimanov Rayon Polis İdarəsinə tapşırıldıqdan sonra mayın 6-da polis idarəsində oldum. Qəzetimizin əməkdaşına təzyiq edilən zaman çəkilmiş şəkili də özümlə aparmışdım. Nərimanov RPİ-nin rəis müavini Seyfulla müəllim də həmin şəxsi tanıdı. Məlum olub ki, bu şəxs sahə müvəkkilidir. Rəis müavini sahə müvəkkili ilə əlaqə saxladı və o bildirdi ki, fotoaparatı alan şəxslər MTN-nin işçiləri olub. Redaksiyanın əmlakı ilə maraqlanıb MTN-lə əlaqə saxladıq, MTN-nin mətbuat xidmətinin rəhbəri Arif Babayev bildirdi ki, biz heç kimin diktafonunu götürməmişik,”-deyə Ayxan bildirdi.
Ayxan onu da əlavə etdi ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirdi ki, fotoaparat DİN-də deyil, fotoaparatı polislər almayıb.
Qeyd edək ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ilin 10 noyabrdan gündəlik çap olunur.