“FREEDOM HOUSE” SORĞUNUN NƏTİCƏLƏRİNİ AÇIQLADI

Dünən (1 may) "Freedom House" təşkilatı 195 ölkə arasında medianın vəziyyətinə dair keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Nəticələrə görə, Azərbaycan media azadlığının səviyyəsinə görə 195 ölkə arasında 168-ci sırada yer alıb.
Həmçinin söz azadlığının durumuna görə "azad", "qismən azad" və "azad olmayan" ölkələri səciyyələndirən "Freedom House" təşkilatının açıqlamasında Azərbaycan medianın vəziyyətinə görə “azad olmayan ölkələr” sırasına daxil edilib.
"Freedom House"un araşdırmalar üzrə direktoru Kristofer Uolker jurnalistlərin azad edilməsini müsbət hal kimi qiymətləndirdiyini deyib. Amma bununla yanaşı Azərbaycanda medianın fəaliyyətinin məhdudlaşdırılması davam etdiyini də vurğulayıb: "Azərbaycan haqqında mediaya geniş təzyiqlər olan ölkə kimi danışırıq. Bu ölkədə xarici radioların yerli yayımı dayandırılıb. Azərbaycanda medianın mənzərəsinə baxsaq, jurnalistlərin azad edilməsi mediaya ümumi təzyiqlər mühitində kiçik bir müsbət haldır".
Qeyd edək ki, medianın vəziyyətinə dair sorğunun nəticələrinə görə 195 ölkədən 64-ü azad olmayan, 59-u qismən azad, 72-i isə azad ölkə kimi qiymətləndirilib. Siyahıya Finlandiya rəhbərlik edir, sonuncu yerdə isə Şimali Koreya dayanır.
Previous Post

AZERBAYCAN NEFT AKADEMİYASİNA SİLAHLI BASQIN OLUB-ŞOK VİDEO

Next Post

MÜSTƏQİL MƏTBUATIN MÜSTƏQİLLİYƏ EHTİYACI VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.