MÜSTƏQİL MƏTBUATIN MÜSTƏQİLLİYƏ EHTİYACI VAR

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Dersinin 3 may – Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib:
“Beynəlxalq ictimaiyyət 3 may Dünya Mətbuat azadlığı günü azad mətbuatın vacibliyini tanıyır və hökumətləri jurnalistlərin öz missiyalarını yerinə yetirmək üçün onlara imkan verilməsini təmin etməyə çağırır.

Çox təəssüf ki, 3 may son zamanlar həm də öz işlərini yerinə yetirərkən vəfat etmiş jurnalistləri xatırlamaq və ya yazdıqlarının və nəşr etdirdiklərinin nəticəsi olaraq azadlıqdan məhrum edilmiş jurnalistlərin həmrəyliyini ifadə etmək gününə çevrilmişdir.
Azərbaycan keçid dövründə olan bir ölkədir. Azad və müstəqil mətbuat Sovet İttifaqının marağında olmayıb və məhz bu səbəbdən, həm Azərbaycanda, həm də yeni müstəqillik qazanmış digər respublikalarda, əsas demokratik institutları gücləndirmək işi müəyyən vaxt tələb edir.
Lakin mən hər gün gələcəyin fərqli olacağına inanan gənc jurnalistlərin arzu və ümidləri ilə qarşılaşıram.
Azərbaycanın jurnalistlərinin sabahkı nəsli o günün gələcəyinə inanırlar ki:
    Qanun pozuntuları da daxil olmaqla, həqiqəti obyektiv şəkildə yaydıqda ittihamlara, məhkəmə təqibinə, fiziki və iqtisadi təzyiqlərlə məruz qalmayacaqlar;
    Jurnalistlər aparılan siyasət, proseslər və büdcə xərcləri haqqında təfsilatlı suallar vermək üçün onların dövlət məmurlarına mütəmadi çıxışı olacaq;
    qəzetlər, yayım şirkətləri və on-layn xəbər agentlikləri hökümət, siyasi partiyalar və şəxsi maraqlardan asılı olmayan özəl, müstəqil şirkət kimi fəaliyyət göstərəcək; 
  – müstəqil, qərəzsiz jurnalistika və yüksək peşə standartları qəbul olunmuş ənənəyə çevriləcək.
ABŞ hökumətinin dəfələrlə bəyan etdiyi və hər il tərtib olunan İnsan Haqları Hesabatında əks edildiyi kimi mətbuat azadlığı Azərbaycanda və həmçinin keçmiş Sovet İttifaqının bir çox ölkələrində, uzun illər ərzində ciddi narahatlığa səbəb olaraq qalmaqdadır. ABŞ Hökumətinin dəfələrlə qeyd etdiyi kimi və bizim illik İnsan Hüquq hesabatlarında göstərildiyi kimi, media azadlığı çoxdan digər Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da narahatlıq sahəsi olub.
Bununla belə, vəziyyət durğun deyil. Dəyişikliklər baş vermişdir. Həmçinin, müsbət istiqamətdə dəyişikliklər olmuşdur. Lakin, daha çox iş görülməlidir. Canlı, çevik və müstəqil mətbuat Azərbaycanı demokratiya yolunda irəli aparmaqda ən təsirli vasitədir. Mətbuatı inkişaf etdirmək üçün yeni Mətbuata Dövlət Dəstəyi Fondu vasitəsilə hökumətin səylərini qiymətləndirməklə bərabər qeyd etməliyik ki, hökumətin mətbuata maliyyə dəstəyi göstərməsi konsepsiyası özü-özlüyündə müstəqil mətbuat anlayışını zəiflətmiş olur.
Dünya Mətbuat azadlığı günü 1992-cü ildə Afrikada mətbuat azadlığına diqqət çəkən Vindhoek Bəyannaməsini qeyd etmək üçün BMT tərəfindən üçün yaradılıb. BMT bütün dünyada öz üzvlərinə İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsində nəzərdə tutulan öhdəlikləri xatırlatmaq niyyətində idi. Bu maddədə sadəcə bildirilir: “Hər kəsin fikir və ifadə azadlığı var: bu hüquqa müdaxiləsiz fikir ifadə etmək və informasiya axtarmaq, almaq və hüdudları nəzərə almadan hər hansı media vasitəsilə yaymaq daxildir.”
Müstəqil mətbuat adı kimi – müstəqil olmalıdır.
 Azad və müstəqil mətbuat şəffaf şəkildə və ya digər üsulla nə hökumətə, nə qrantlara, nə də donorların sponsorluğuna arxalanmamalıdır.
Böyük qəzetlər güclü yayım şəbəkələri şirkətlər və  müstəqil biznes qurumlarıdır. Onların reklam satır və öz abunəçiləri var. Yalnız öz oxucularını, tamaşaçılarını və müştərilərini cavablandırırlar. Nə qədər bəsit səslənsə belə, nə qədər ki Azərbaycan mediasında və mətbu orqanlarında kapitalizm kök salmayıb, yəni nə qədər ki Azərbaycan mediasında və mətbu orqanlarında kapitalizm kök salmayıb, yəni KİV-lər özünü maliyyələşdirən müstəqil biznes olaraq, sözün əsl mənasında müstəqil media şirkətlərinə çevrilməyib, "azad mətbuat" azad olmayacaq.
Mən başa düşürəm ki, bu bir gündə baş verəcək bir proses deyil, lakin Azərbaycanın demokratik və müstəqil gələcəyi naminə bu proses üzrə davamlı inkişafla irəliyə doğru getmək lazımdır.
Bu gün, mayın 3-də, Azərbaycan jurnalistlərini gördükləri cəsarətli və mühüm işlərinə görə təbrik edirəm. Yeni jurnalistlər nəslinə isə Azərbaycanın güclü demokratik inkişafını dəstəkləməkdə xüsusilə böyük uğurlar arzulayıram.
Previous Post

“FREEDOM HOUSE” SORĞUNUN NƏTİCƏLƏRİNİ AÇIQLADI

Next Post

RATI-NIN ÜMUMDÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ İLƏ BAĞLI BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.