AZƏRBAYCANDA İFADƏ AZADLIĞINA QOYULMUŞ MƏHDUDİYYƏTLƏR 6-CI İFADƏ AZADLIĞI TOPLANTISINDA MÜZAKİRƏ EDİ

Türk İfadə Azadlığı Təşəbbüsü Təşkilatı (http://www.antenna-tr.org/index.asp?lgg=en) tərəfindən təşkil edilmiş 6-cı İfadə Azadlığı Toplantısı mayın 23-24-də Türkiyənin İstanbul şəhərində keçirildi. 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Sədri Emin Hüseynov da daxil olmaqla, tədbirdə Qara Dəniz ölkələrindən insan haqları və mətbuat azadlığı təşkilatlarının nümayəndələri iştirak edirdilər. İştirakçılar öz ölkələrində söz azadlığının vəziyyətinə dair məlumat verdilər və gördükləri işlər barədə məlumat mübadiləsi apardılar. Tədbirdə həmçinin “Amnesty İnternational”, “Human Rights Watch”, “PEN”, “Beynəlxalq Naşirlər”(Publishers) Cəmiyyəti və ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəsinin Ofisindən nümayəndələr iştirak edirdilər.  
Tədbirdə E.Hüseynov Azərbaycanın qeyri-qanuni həbs edilmiş jurnalistlər haqqında, məlumat əldə etməklə bağlı problemlər, jurnalistlərə qarşı gücdən istifadə olunması, jurnalistlərin hüququnu pozanların cəzasız qalması, yayım mediasında plüralizm çatışmazlığı və media azadlığının digər problemləri barədə məlumat verdi.  
Previous Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNA VƏ ONUN HAQQINDA ŞİKAYƏT VERƏN POLİSƏ XƏBƏRDARLIQ EDİLDİ

Next Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNA VƏ ONUN HAQQINDA ŞİKAYƏT VERƏN POLİSƏ XƏBƏRDARLIQ EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.