“AMNESTY İNTERNATİONAL” TƏŞKİLATI İNSAN HAQLARINA DAİR İLLİK HESABATINI AÇIQLAYIB

“Amnesty International” özünün illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycana aid hissəsi 3 hissədən ibarətdir: İfadə azadlığı – jurnalistlər, din azadlığı,  işgəncə və digər pis rəftar. 
Hesabata deyilir: “Müxalifətyönlü və müstəqil jurnalistlərə qarşı jurnalist peşə fəaliyyətlərinə görə təqiblər, fiziki zorakılıq və hədə-qorxular davam edib. Difamasiya və böhtan üzrə cinayət ittihamları irəli sürülməkdə davam etsə də, bir çox jurnalistlər güya peşə fəaliyyəti ilə əlaqəsi olmayan “xuliqanlıq” və “rüşvətxorluq” kimi digər xarakterli ittihamlarla həbs ediliblər. Bu kimi ittihamlarla üzləşən jurnalistlərin məhkəmələri beynəlxalq ədələtli məhkəmə standartlarına uyğun gəlməyib və onlar nəticə etibarilə hökumətin tənqid olunması ilə bağlı yazıları susdurublar”.
Jurnalistlərdən Aqil Xəlilin, Fərəməz Novruzoğlunun, Sardar Əlibəylinin, Qənimət Zahidin, Emin Hüseynovun, Məlahət Nəsibovanın, İlqar Nəsibovun və Elman Abbasovun işlərinə xüsusi diqqət ayrılıb.
 
Hesabatın Azərbaycana aid hissəsini buradan əldə etmək olar:
Amnesty International təşkilatının hesabatının tam mətni: http://thereport.amnesty.org/
Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN KASSASİYA ŞİKAYƏTİ DƏ TƏMİN OLUNMADI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.