NOVRUZƏLİ MƏMMƏDOVUN KASSASİYA ŞİKAYƏTİ DƏ TƏMİN OLUNMADI

Dünən (27 may) Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədrliyi ilə CM-nin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə məhkum edilmiş “Tolışi Sədo“ qəzetinin baş redaktoru Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədovun Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2008-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinə baxılmışdır.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N.Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov məlumat verib.
Qeyd edək ki, Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində  N.Məmmədov 10 il müddətində azadlıqdan məhrum olunub. N.Məmmədovun həbsdən qeyri-şərtsiz azad olunması və onun həbsində günahkar olan şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı 26 dekabr 2008-ci il tarixində apelliyasiya şikayətinə baxılıb və şikayət təmin olunmamışdır.
H.Məmmədovun sözlərinə görə, dünən qapalı keçirilən məhkəmə prosesində N.Məmmədovun məhkəmədə iştirak etməsi ilə bağlı qaldırdılmış vəsatət təmin olunmayıb. Məhkəmə ilk instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla kassasiya şikayətini rədd etmişdir.
H.Məmmədov N.Məmmədovun Avropa Konvensiyasında nəzərdə tutulan hüquq pozuntuları ilə əlaqədar Avropa Məhkəməsinə şikayət hazırladıqlarını da bildirdi.
Previous Post

MÜŞFİQ HÜSEYNOV SƏHHƏTİ İLƏ BAĞLI VAXTINDAN ƏVVƏL HƏBSDƏN AZAD EDİLMƏDİ

Next Post

“AMNESTY İNTERNATİONAL” TƏŞKİLATI İNSAN HAQLARINA DAİR İLLİK HESABATINI AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.