MEDİA AZADLIĞI İLƏ BAĞLI TƏKLİFLƏR İRƏLİ SÜRÜLÜB

RATİ xəbər vermişdi ki, Sülh və Demokratiya İnstitutu və Azərbaycan Hüquqçular Assossasiyasının təşəbbüsü ilə məhkəmə hakimiyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması üzrə silsilə tədbirlər keçirilir.

Tədbirlərdən biri  “Məhkəmələr və media” mövzusunda yanvarın 15-də  keçirilmişdi.
Dünən keçirilən yekun tədbirdə Hüquq Maarifçilik Cəmiyyətinin rəhbəri,vəkil İntiqam Əliyev irəli sürülən təklifləri ümumiləşdirib və onları təqdim edib. Media azadlığı sahəsində məhkəmə təcrübəsi ilə bağlı tövsiyələr aşağıdakılardır:
böhtan və təhqirə görə cinayət cəzaları nəzərdə tutan maddələrə moratoriumun qoyulması;
mütərəqqi təcrübələr, konkret hüquqi konsepsiyalar öyrənilməklə qarayaxmaya (diffamasiya) görə mülki məsuliyyət müəyyən edən qanun layihəsinin hazırlanaraq, ən qısa zamanda qəbul edilməsi;
mediaya qarşı işlərə baxılarkən Avropa İnsan Haqları Məhkəməsinin uyğun presedent hüququnun tətbiq edilməsi, qarayaxma işlərini qabaqcıl meyarlara uyğun həll edə bilmələri üçün hakimlərə treninq-təlimlərin keçirilməsinin təmin olnması.

Previous Post

YOXLAMALAR MƏTBƏƏDƏ DAVAM ETDİRİLİB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.