VAŞİNQTONDA MƏTBUAT AZADLIĞINA DAİR KONFRANS KEÇİRİLİB

Mayın 1-dən 3-dək Vaşinqtonda Mətbuat Azadlığını gününə dair konfrans keçirilib. UNESCO və ABŞ Dövlət Departamenti tərəfindən təşkil edilən tədbirlərin əsas hissəsi Beynəlxalq Mətbuat Azadlığı gününə təsadüf edib.

 Bu barədə “Amerikanın səsi” radiosu məlumat verib.   Məlumata görə, tədbirdə bu il baş verən inqilabların işıqlandılmasında sosial media, mobil telefonlar və internetin rolunun artması kimi məsələlər müzakirə olunub. Bəzi ölkələrdə internetin bağlanması, vətəndaş jurnalistikası, ərəb dünyasında mobil telefonlardan güclü multimedia aləti kimi istifadə edilməsi də konfransın diqqət mərkəzində olub.

Tədbirə dünyada “Donkey bloggers” kimi tanınan Emin Milli və Adnan Hacızadə  də Skype proqramı vasitəsilə qatılıb. 3 günlük tədbirlərdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov da iştirak edib.

 

Previous Post

HÖKUMƏT MAYIN 5-Ə QƏDƏR MİRZƏ SAKİTİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ İLƏ BAĞLI SUALLARA CAVAB VERMƏLİDİ

Next Post

SUMQAYIT MƏHKƏMƏSİ QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.