“FRONTLAYN BAKI MEDİA KLUBU“ YARADILDI

Bu gün “Avropa” otelinin Bakı zalında “Frontlayn-Bakı media klub”unun yaradılmasına həsr olunmuş tədbir keçirildi.

Qurumun rəhbəri Arif Əliyev  klubun yaranması barədə məlumat verərək bildirib ki, məqsəd mediaya dəstək verməkdir.  Eyni zamanda klub ayda bir dəfədən gec olmayaraq Azərbaycan üçün aktual məsələlərin ictimai müzakirəsinin keçirilməsini də qarşısına məqsəd qoyub.

 

Belə ki, qurumun ilk belə tədbiri  “Bakının özəllikləri, onun özünəməxsusluğunu qorumaq üçün medianın və vətəndaş cəmiyyətinin öhdəsinə düşən vəzifələr, şəhərin idarə olunmasında ictimaiyyətin iştirakı”  mövzusuna həsr olundu. Tədbirdə tələbələrin Bakı haqqında çəkdikləri filmin təqdimatı keçirildi. Daha sonra tanınmış jurnalistlər, siyasətçilər və QHT təmsilçiləri film və qoyulmuş mövzu ətrafında fikirlərini səsləndirdilər.   Müzakirələrdən sonra tədbir iştirakçıları  çay süfrəsi arxasında söhbətlərini davam etdirdilər.

 

            “Frontlayn-Bakı media klub”unun növbəti toplantısı isə dekabrın sonlarında keçiriləcək və bu zaman “Media Açarı -2011” mükafatı laureatlarına təqdim olunacaq.

 

Previous Post

BAŞ REDAKTOR ONA QARŞI TƏZYİQLƏRƏ SON QOYULMASINI TƏLƏB EDİR

Next Post

REDAKTOR ÖLKƏ PREZİDENTİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.