REDAKTOR ÖLKƏ PREZİDENTİNİ MƏHKƏMƏYƏ VERİB

Bu gün (7 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Nota-Bene” qəzetinin redaktoru Sərdar Əlibəyli mətbuat konfransı keçirdi.

S. Əlibəyli bildirdi ki, oktyabrın 3-dən etibarən redaktoru olduğu qəzetin nəşrinin dayandırılması ilə bağlı ölkə prezidentinə sorğu ilə müraciət edib:

“Dünən sorğuma cavab verilməməsi ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etdim. Lakin, əminəm ki, iddia ərizəm geri qaytarılacaq. Bunun da səbəbi hər kəsə bəllidir. Son 1 ildə Azərbaycanın bütün məmur heyətinə məktub ünvanlayaraq, özümə, redaktoru olduğum qəzetə qarşı təzyiqlərə son qoyulmasını tələb etmişəm, amma məktublarıma bu günə kimi də cavab verilməyib.  Mən bu ölkədə azad fəaliyyətimin təmin olunmasını istəyirəm. Onu da bildirim ki, heç vaxt ünsiyyətdə olmadığım, tanımadığım bir obyekt sahibi Mətbuat Şurasına məktub ünvanlayaraq, mənim ondan guya 8000 manat pul tələb etdiyimi və onu şantaj etdiyimi bildirib. Mən bununla əlaqədar 34-cü polis bölməsinə o adamdan şikayət etdim. Polis bu işdə heç bir cinayət tərkibinin olmadığı barədə qərar çıxarıb”, – deyən S. Əlibəyli mətbuatın ona qarşı olan  laqeyd münasibətdən də narazı olduğunu bildirdi.

Previous Post

“FRONTLAYN BAKI MEDİA KLUBU“ YARADILDI

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU VƏKİLƏ QARŞI EDİLMİŞ QANUNSUZ HƏRƏKƏTLƏRİ PİSLƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.