Tədbirdə giriş sözü ilə çıxış edən ASİ klubunun həmtəsisçisi Eldəniz Elgün son illər Azərbaycanın siyasi həyatında durğunluq olduğunu və buna da yalnız mətbuatın reaksiya verdiyini söylədi.
Daha sonra söz “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya verildi. Baş redaktor çıxışında bildirdi ki, KİV haqqında qanununa edilən dəyişikliklərə mətbuat olaraq çoxdan münasibət bildirilib. Onun fikrinə görə referenduma edilən dəyişikliklər Azərbaycanda müstəqil mətbuatın sıradan çıxarılmasına yönəlib.
“Yeni Müsavat ”qəzetinin köşə yazarı Mahal İsmayıloğlu isə öz çıxışında Konstitusiyanın mətbuata aid 32 və 50-ci maddələrinə nəzərdə tutulmuş əlavə və dəyişikliklər referendumdan sonra tanınmış və nüfuzlu qəzetlərin üstündə sınaqdan keçiriləcək. Jurnalist peşəsi nə qədər çətin idisə, bunda sonra jurnalistika daha da təhlükəli bir peşəyə çevriləcək.
Müzakirələrdə iştirak edən “Demokratik Jurnalistlər Liqası”nın rəhbəri Yadigar Məmmədli də məsələ ilə bağlı öz fikrini bildirdi. Onun sözlərinə görə Konstitutsiyaya edilməsi nəzərdə tutulan və KİV haqqında Qanuna edilmiş dəyişiklər geriyə atılmış addımdır.
Sonda çıxış edən Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı bildirdi ki, əgər bir ölkədə siyasi azadlıqlar, demokratiya varsa, həmin ölkədə belə bir dəyişikliklərin edilməsi bir o qədər də qorxulu deyil. R.Hacılı onu da vurğuladı ki, qanuna edilmiş bu dəyişikliklərin sifarişçisi Mətbuat Şurasıdır: “Onların əsas istəyi səlahiyyətlərinin olmasıdır. Nəticədə bu dəyişiklik ciddi mətbuata ziyan vurur”.