Toplantıda bir sıra məsələlərlə yanaşı KİV haqqında qanuna edilən əlavə və dəyişikliklər barədə də müzakirələr aparılıb və bununla bağlı bəyanat verilib.
Təşviqat qrupunun təmsilçisi Əli Kərimli Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu barədə açıqlamasında bildirib ki, KİV haqqında Qanuna edilmiş bu dəyişikliklər mətbu orqanların bir sıra hallarda iki ay müddətinə bağlanmasına hüquqi əsas yaradır ki, bu da azad mətbuatı sıxışdırmaq üçün hakimiyyətə əlavə imkanlar verir. Ə. Kərimlinin sözlərinə görə Azərbaycanda azad mətbuat siyasi basqılar altında fəaliyyət göstərir və edilmiş dəyişikliklər mətbu orqanların vəziyyətini daha da ağırlaşdıracaq. O, həmçinin qanuna edilən dəyişikliyə qarşı çıxdığını və onun qanuni qüvvəyə minmədən geri qaytarılmasını tələb etdiyini də söylədi.