“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən  (31 mart) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə “Gündəlik Bakı” qəzetinin Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova qarşı iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və vəkili Zaur İbadov, cavabdeh qismində MŞ-nın səlahiyyətli nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.
Vəkil Z. İbadov vəsatət qaldıraraq,  MŞ-nın əmlakının siyahıya alınması və əmlaka həbs qoyulması barədə qərardad qəbul edilməsi və proses başa çatana kimi cavabdehin iddiaçıya qarşı hərəkətlərinə qadağa qoyulmasını məhkəmədən xahiş etdi.
Cavabdehin nümayəndəsi Ş.Əliyev bu vəsatətin əsassız olduğunu bildirərək, vəsatətin rədd olunmasını istədi.
Vəsatətə münasibət üçün müşavirə elan ediləndən sonra hakim T.Əsədova vəsatətin təmin edilmədiyini bildirdi.
İddiaçının vəkili Z. İbadov sözügedən qəzetin “reket” elan olunması ilə bağlı keçirilən iclasın protokolunun məhkəməyə təqdim olunmasını istədi.
Cavabdehin vəkili Ş.Əliyev protokolu təqdim etməkdən imtina etdiyini  bildirdi.
Hakim T. Əsədova növbəti prosesi 2 aprel saat 17:00-a təyin etdi.
Xatırladaq  ki, 2009-cu ilin dekabrın 30-da Mətbuat Şurası “Gündəlik Bakı” qəzetinin “reket”lər siyahısına salınması barədə qərar çıxarıb. Qəzet rəhbərliyi qərarla bağlı təkzib verilməsi, mənəvi ziyana görə 100.000 (yüz min) manat, maddi ziyana görə isə 50 min manat cərimə ödəməsi ilə bağlı iddia qaldırıblar.

Previous Post

GÖYÇAY RAYON SAKİNİ ONDAN RÜŞVƏT ALINDIĞINI İDDİA EDİR

Next Post

GƏDƏBƏY RAYON SAKİNİ HÜQUQLARININ POZULDUĞUNU BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.