HARAŞTİ XARİCİ RADİOSTANSİYALAR VƏ HƏBSDƏKİ JURNALİSTLƏRLƏ BAĞLI AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ MÜRACİƏT EDİB

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti təşkilatın Daimi Şurasına ATƏT məkanında media azadlığının vəziyyətinə dair hesabat göndərib.

Bu barədə “Azadlıq radiosu məlumat yayıb.
Hesabatın Azərbaycanla bağlı hissəsində M.Haraşti qeyd edib ki, o, noyabrın 5-də Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarova müraciət edərək Milli Teleradio Şurasının xarici radiolarla bağlı planlarından narahatlığını bildirib.
«Mən hakimiyyət nümayəndələrini öz planlarına yenidən baxmağa və xarici radioların yayımı üçün onların lisenziyalarının yenilənməsinə çağırmışam. Çünki, bu radiolar Azərbaycan cəmiyyəti üçün çox vacib informasiya mənbələridir» – deyə cənab Haraşti hesabatında qeyd edib.
Mikloş Haraşti həmçinin Azərbaycanın Xarici İşlər nazirinə müraciət edərək «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin vəziyyəti ilə bağlı ona məlumat verilməsini də istəyib. O, həmçinin hakimiyyət nümayəndələrini həbsdə olan jurnalistləri azad etməyə, hakimiyyəti tənqidlərinə görə adamların təqib edilməsinə son qoyulmasına çağırıb.
Qeyd edək ki, Azərbaycanda hazırda 5 jurnalist həbsdədir.
Previous Post

QƏNİMƏT ZAHİD VƏ MİRZƏ SAKİTİN ATASI VƏFAT EDİB

Next Post

XARİCİ RADİOLARIN MƏSƏLƏSİ MTRŞ-DƏ ABŞ NÜMAYƏNDƏLƏRİ İLƏ MÜZAKİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.