QƏNİMƏT ZAHİD HƏMKARLARINDAN NARAHATDIR

Ayəndə Mürsəliyeva dünən (26 yanvar) 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov)  görüşüb.

Bu barədə RATİ-yə məlumat verən A.Mürsəliyevanın sözlərinə görə, baş redaktorun vəziyyəti normaldır, saxlanma şəraitindən və özünə olan münasibətdən heç bir şikayəti yoxdur.
”Qənimət yalnız azadlıqda olan jurnalist dostlarından narahatdır. Onun ürəyinə damıb ki, hər an həmkarlarından birinin həbs edilməsi və ya başqa  bir fəlakətlə üzləşəcəyi xəbərini eşidə bilər. Q.Zahid öz vəziyyətinin azadlıqda olan həmkarlarından daha təhlükəsiz olduğunu hesab edir” – deyə, Mürsəliyeva bildirib.
Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ittihamı ilə şərlənərək 3 il 6 ay, CM 221-ci maddəsi ilə isə xuliqanlıqda şərlənərək  6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

XARİCİ KLİPLƏR EFİRƏ TƏRCÜMƏSİZ VERİLƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.