XARİCİ KLİPLƏR EFİRƏ TƏRCÜMƏSİZ VERİLƏCƏK

Mili Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli kliplərin Azərbaycan dilinə tərcüməsinə ehtiyac olmadığını bildirib.

Belə ki, 2009-cu il yanvarın 1-dən etibarən bütün verilişlərin Azərbaycan dilində yayımlanması haqqında  qərardan sonra yerli telekanallarda xarici dildə yayımlanan kliplər bəzən tərcümə olunaraq efirə verilirdi.
Məsələ ilə bağlı MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov RATİ-yə bildirib ki, xarici klipləri tərcümə etdikdə çox pis və acınacaqlı vəziyyət alınır. “Başdan ayağa cürbəcür söyüşlərdən, pis sözlərdən ibarət olan xarici kliplərin dublyaj edilməsinə də ehtiyac yoxdur” – deyən T.Məmmədov vurğuladı ki, telekanal rəhbərləri söyüş və pis sözləri olan kliplərə fikir verməlidirlər.
Xatırladaq ki,  30 dekabr 2008-ci il tarixdə MTRŞ-nin 2009-cu il yanvarı 1-dən bəzi verilişlər istisna olmaqla, qalan verilişlərin Azərbaycan dilində yayımlanması barədə qərarı qəbul olunmuşdu.
Previous Post

ELŞAD ABDULLAYEV ”TƏZADLAR” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

QƏNİMƏT ZAHİD HƏMKARLARINDAN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.