QƏNİMƏT ZAHİD GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Dünən (16 noyabr) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Ayəndə Mürsəliyevanın özü məlumat verib. O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu bildirsə də, səhhətində problemlərin yarandığını, revmatizm ağrılarından əziyyət çəkdiyini bildirib.

     A.Mürsəliyevanın bildirdiyinə görə, baş redaktor  gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsinə münasibət bildirib:

     “Qənimət bildirir ki, məhkəmənin belə qərar verəcəyi əvvəlcədən məlum idi. O gənclərin 17 saylı cəzaçəkmə müəssisəsinə gəlmələrini istəyir.”

     Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

“AMNESTY İNTERNATİONAL” BLOQÇULARA DƏSTƏK AKSİYASINA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.