“AMNESTY İNTERNATİONAL” BLOQÇULARA DƏSTƏK AKSİYASINA BAŞLAYIB

“Amnesty İnternational” təşkilatı gənc bloqçular Emin Milli və Adnan Hacızadənin həbs olunması ilə əlaqədar təcili tədbirlər görülməsi üçün müraciət yayıb.

Müraciətdə gənclərin məhkəməsinin ədalətsiz keçdiyi, onlara qarşı ittihamların uydurulduğu bildirilib. Bloqçuları Vicdan Məhbusu kimi tanıyan “Amnesty İnternational” hər kəsə müraciət edərək ingilis, Azərbaycan dillərində və öz ana dilində gənclərin dərhal azadlığa buraxılmasını tələb edən məktub yazmağa və müraciətləri Azərbaycan prezidenti İlham ƏIiyevə, ədliyyə naziri Fikrət Məmmədova və ombudsman Elmira Süleymanovaya göndərməyə çağırıb.
 
Dövlət başçısının faks nömrələri: 492 35 43 və ya 492 06 25. E-mail: president@president.az və ya office@apparat.gov.az
 
Ədliyyə nazirinin faks nömrəsi: 430 09 81, e-mail: contact@justice.gov.az; international@justice.gov.az
 
Ombudsmanın faks nömrəsi: 498 85 74, e-mail: ombudsman@ombudsman.gov.az
Previous Post

QƏNİMƏT ZAHİD GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Next Post

XARİCİ İŞLƏR NAZİRLİYİ NORVEÇ VƏ ALMANİYA SƏFİRLİKLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.