QƏNİMƏT ZAHİDOVA BAŞ ÇƏKİLİB

Dünən bir sıra beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin və səfirliklərin əməkdaşları Bayıldakı 1 saylı istintaq təcridxanasına baş çəkiblər.

Onlar təcridxanada “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə də görüşüblər. Bu xəbəri “Azadlıq” qəzetinə İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov verib. E. Behbudovun bildirdiyinə görə bu monitorinqdə ATƏT-in Bakı ofisinin sədr müavini Aleks Şahtaxtinski, qurumun insan haqları üzrə əlaqələndiricisi Andres Buş, ABŞ səfirliyinin nümayəndəsi xanım Rebeka Naslund, Böyük Britaniya səfirliyinin nümayəndəsi Deklan Bön və Norveç səfirliyinin əməkdaşı Riçard Skarboro da iştirak ediblər. Monitorinq qrupu. E.Behbudov onu da bildirib ki, Q. Zahid saxlanma şəraitindən və təcridxana nəzarətçilərinin münasibətindən şikayətlənməyib.    

Previous Post

KANALLARA QADAĞA QOYULUB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.