“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI HƏDƏLƏNİR

“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan RATİ-nin əməkdaşı ilə söhbətində bildirib ki, “qəzetimizin əməkdaşı təhdid edilir.

Buna səbəb isə əməkdaşımızın qəzetin 28 fevral tarixli sayında Vergilər naziri Fazil Məmmədovla bağlı yazdığı yazı olub. Belə ki, yazı qəzetdə gedəndən sonra redaksiyaya zəng edən naməlum bir şəxs əməkdaşımızı hədələyib. Daha sonra redaksiyaya “dostcasına” zəng edən şəxs isə əməkdaşımızın koordinatorlarını öyrənməyə çalışıb”. Sonda  A.Ayxan əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün həftənin birinci günü hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini deyib.
 Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin 28 fevral tarixli sayında “Fazil Məmmədovla bağlı faktlar toplanır” sərlövhəli yazıda nazirin ətrafında son bir ildə müəmmalı proseslər getməsi haqqında məlumat verilmişdi.

Previous Post

QƏNİMƏT ZAHİDOVA BAŞ ÇƏKİLİB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.