MƏHKƏMƏ JURNALİSTİN İDDİASINI TƏMİN ETMƏDİ

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə “Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilovun Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun hərəkətsizliyindən verdiyi iddia üzrə məhkəmə prosesi keçirilib.

uyğun olaraq A.Məhərrəmov haqqında xüsusi qərardadın çıxarılmasını xahiş etmişdi.
Prosesdə jurnalistin özü və vəkili Nurlanə Əliyeva iştirak edirdi. Hakim qeyd etdi ki, cavabdeh tərəfin vəkili Tofiq Sadıqov məhkəmədə iştirak edə bilməyəcəyi və onun iştirakı olmadan məhkəmənin keçirilməsinə razı olması haqqında məhkəməyə ərizə təqdim edib. Natiq Ədilov çıxışında bildirdi ki, sorğunu noyabrın 30-da göndərib, lakin sorğuya heç bir cavab gəlməyib: ”Abel Məhərrəmov mətbuata açıqlamasında bildirib ki, sorğuya cavab verilib, lakin qəzet redaksiyasının ünvanı dəyişdiyindən cavab məktubu redaksiyaya çatmayıb. Lakin bildirmək istəyirəm ki, hazırlıq iclasında qarşı tərəfin təqdim etdiyi cavab məktubunda və qəbzdə dekabrın 12-i tarixi göstərilib, redaksiya isə dekabrın 27-də ünvanını dəyişib. Mən hətta 27-dən sonra da hazırda həmin ünvanda yaşayan İlqar adlı şəxslə danışmışam, o da heç bir məktubun gəlmədiyini deyib”. Məhkəməyə təqdim edilən cavab məktubunun onlarda şübhə yaratdığını bildirən jurnalist və onun vəkili yaranmış ziddiyyətlərin aydınlaşdırılması üçün Röyalə Nəcəfovanın (Röya), “Azərpoçt”un səlahiyyətli nümayəndəsinin və BDU-nun mətbuat katibinin məhkəməyə çağırılması üçün vəsatət verdilər. Lakin hakim vəsatətlərin məhkəmə iddiasına uyğun olmadığını bildirərək, onları təmin etmədi. Qısa müddətə müşavirəyə gedən hakim iddianın təmin edilməməsi haqqında qərar çıxardı. Natiq Ədilov RATİ-nin əməkdaşına bildirib ki, qərardan şikayət veriləcək.      
Xatırladaq ki,  jurnalist noyabrın 29-da  BDU-ya tanınmış müğənni Röyalə Nəcəfovanın (Röya Ayxanın) Bakı Dövlət Universitetinə hansı yolla daxil olması barədə sorğu göndərmişdi. Lakin həmin sorğu cavablandırılmamışdı. İddiaçı məhkəmədən Abel Məhərrəmova göndərdiyi 29 noyabr tarixli İnformasiya sorğusunda göstərdiyi sualları ətraflı və doğru-dürüst cavablandırmağa məcbur edən qətnamənin qəbul edilməsini, həmçinin Mülki Prosessual Məcəlləsinin 265-ci (məhkəmənin xüsusi qərardadları) maddəsinə

Previous Post

TATYANA ÇALADZE BARIŞIQDAN İMTİNA ETDİ

Next Post

QƏNİMƏT ZAHİDOVA AĞIR CƏZA VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.