QƏNİMƏT ZAHİD “YENİ MÜSAVAT” VƏ “AZADLIQ” QƏZETLƏRİNİN BARIŞMASINDAN RAZI QALIB

Dünən  (19  oktyabr) Ayəndə Mürsəliyeva həyat yoldaşı, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Ayəndə Mürsəliyevanın özü məlumat verib. O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu, səhhətindən  şikayətlənmədiyini bildirdi.

     Onun sözlərinə görə, Q.Zahid “Yeni Müsavat” qəzeti ilə özünün baş redaktoru olduğu “Azadlıq” qəzeti arasında yaranmış anlaşılmazlıqların həll olunmasından razı qalıb.

     Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
 

Previous Post

HAKİM JURNALİSTİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLUB

Next Post

ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.