ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞƏCƏK

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov həbsdəki jurnalist Müşfiq Hüseynovla görüşəcək.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Behbudov özü məlumat verib. O bildirib ki, bu gün (20 oktyabr) bununla bağlı Penitensiar Xidmətə müraciət edəcək.

     Qeyd edək ki, bir neçə gün əvvəl səhhəti kəskin pisləşdiyinə  görə müalicə müəssisəsinə yerləşdirilən Müşfiq Hüseynov hüquq müdafiəçiləri ilə, xüsusilə də Elçin Behbudovla görüşmək istədiyini bildirmişdi.

Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də şərlənərək həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

QƏNİMƏT ZAHİD “YENİ MÜSAVAT” VƏ “AZADLIQ” QƏZETLƏRİNİN BARIŞMASINDAN RAZI QALIB

Next Post

AZƏRBAYCAN MƏTBUAT AZADLIĞINA GÖRƏ 175 ÖLKƏ ARASINDA 146-CI YERDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.