QƏNİMƏT ZAHİD MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

İyunun 15-də Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ayəndə Mürsəliyevanın özü məlumat verib. O baş redaktorun səhhətinin normal olduğunu, saxlanma şəraitindən narazılıq etmədiyini bildirib.
Qarşıdan gələn 22 iyul- Milli Mətbuat Günündə həbsdə olan jurnalistlərin əfv olunması ilə bağlı fikirlərə baş redaktorun inamsızlıqla yanaşdığını deyən A.Mürsəliyeva həyat yoldaşının bunları aldadıcı vədlər hesab etdiyini bildirib:
“Qənimət cəzasının üçdə bir hissəsini çəkdiyi üçün məhkəməyə müraciət etməyi düşünür. O həbsdə olduğu müddətdə bir dəfə də olsun qayda pozuntusuna yol verməyib. Ancaq bildiyiniz kimi  siyasi sifarişlə həbs olunmuş jurnalistlərdə bu nəzərə alınmır” – deyə A.Mürsəliyeva bildirdi.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

ELAN!

Next Post

VƏTƏNDAŞ GÜNEL MƏMMƏDOVA İŞDƏN QANUNSUZ ÇIXARILDIĞINI İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.