VƏTƏNDAŞ GÜNEL MƏMMƏDOVA İŞDƏN QANUNSUZ ÇIXARILDIĞINI İDDİA EDİR

Bu gün (17 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində vətəndaş Günel Məmmədova və onun vəkili Elman Osmanov mətbuat konfransı keçirdilər.

Günel Məmmədova jurnalistlərə məlumat verdi ki, Datasel MMC – simsiz rabitə xidmətləri müəssisəsində satış üzrə məsləhətçi vəzifəsində çalışıb. 12 dekabr 2008-ci ildə Datasel MMC-nin  baş direktoru Ramiz Şərifov kassada 1504 manatın əskik gəlməsini deyib bu məbləğin çatışmamasında Güneli təqsirləndirib. “R.Şərifov kobud ifadələrlə mənə bildirdi ki, pulları qaytarım və öz xahişimlə işdən çıxım. Mən isə şok vəziyyətinə düşərək, bu işdən xəbərsiz olduğumu və hadisənin düzgün araşdırılmasını xahiş etdim. Lakin fikrindən dönməyən baş direktor, əks halda işi polisə ötürəcəyi ilə hədələdi” – deyən G.Məmmədova vurğuladı ki, günahsız olduğunu sübut etmək üçün çalışıb və məlum olub ki, pulun əskik gəlməsində şirkətin  başqa bir əməkdaşı günahkardır. Lakin şirkətin rəhbərliyi G.Məmmdovaya əmək haqqı vermədən zorla işdən qovub.
G.Məmmdovanın vəkili Elman Osmanov bildirdi ki, bu haqsızlıqlıara cavab olaraq Günel Məmmədova Datasel MMC-yə qarşı Yasamal rayon məhkəməsində iddia qaldırıb. Lakin işə baxan hakim R.Qurbanov şahidin sübut olunmamış yanlış ifadəsinə əsaslanaraq, iddianı rədd edib. Yasamal rayon məhkəməsinin qərarının əsassız olduğunu vurğulayan vəkil E.Osmanov qərardan verilmiş şikayətə 19 iyun 2009-cu il tarixdə Apellasiya məhkəməsində baxılacağını söylədi.
Previous Post

QƏNİMƏT ZAHİD MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏCƏK

Next Post

JURNALİSTİN POLİS TƏZYİQİNƏ MƏRUZ QALMASI FAKTINI PROKURORLUQ ARAŞDIRACAQ

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.