QƏNİMƏT ZAHİD MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid səhhətindəki problemlərlə əlaqədar olaraq dekabrın 19-da  Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistlə görüşən həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib.

“Qənimət müalicə müəssisəsinin cərrahiyyə şöbəsinə köçürülüb. Onun orada  nə qədər qalacağı müəyyənləşməyib. Bu ancaq bu gün (21 dekabr) ediləcək müayinədən sonra bəlli olacaq”, – deyə qeyd edən A.Mürsəliyeva bildirdi ki, Q. Zahid ürək nahiyəsindəki ağrılar və revmatizmdən  əziyyət çəkir. Bu səbəbdən də müvafiq qurumlara dəfələrlə edilən müraciətlərdən sonra baş redaktor Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi tərəfindən müayinə olunmuş və nəticədə onun cəzaçəkmə müəssisəsində müalicə oluna bilməyəcəyi müəyyən edilmişdi.
Xatırladaq ki, beynəlxalq təşkilatlar tərəfindən Vicdan Məhbusu kimi tanınan Qənimət Zahid (Zahidov) 2007-ci ilin noyabr ayında həbs olunub. CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

DÖYÜLƏN HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN İZAHATI ALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.