AİLƏ ÜZVLƏRİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜBLƏR

Ailə üzvləri dünən (1 mart) Penitensiar Xidmətin Müalicə Müəssisəsində “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun həyat yoldaşı A.Mürsəliyeva məlumat verib. Onun sözlərinə görə, baş redaktor saxlanma şəraitindən heç bir şikayəti olmadığını desə də, səhhətindəki problemlərin hələ də qaldığını bildirib.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı də

Next Post

ELMAR HÜSEYNOVUN HƏYAT YOLDAŞI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.