ELMAR HÜSEYNOVUN HƏYAT YOLDAŞI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

“Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun Norveçdə yaşayan həyat yoldaşı Rüşaniyyə Hüseynova E. Hüseynovun qətlinin üstünün açılmaması ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

“Turan” İnformasiya Agentliyinə müsahibəsində R.Hüseynova bildirib ki, bu müraciətin hazırlanmasında ona Norveç Helsinki Komitəsi yardım edib. R. Hüseynovanın bildirdiyinə görə E. Hüseynovun qətlindən 5 il keçməsinə baxmayaraq cinayətin üstü hələ də bağlı olaraq qalır və bununla bağlı ictimaiyyət məlumatlandırılmır. Məhkəməyə müraciət etməyin səbəbini də bununla izah edən R. Hüseynova, məhkəmədən Avropa İnsan Haqları Konvensiyasının 2-ci (həyat hüququ), 10-cu (ifadə və fikir azadlığı) və 13-cü (səmərəli məhkəmə müdafiəsi) maddələrinin pozulduğunun təsdiq edilməsini xahiş etdiyini deyib.
Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Previous Post

AİLƏ ÜZVLƏRİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜBLƏR

Next Post

EYNULLA FƏTULLAYEV HƏYATININ TƏHLÜKƏDƏ OLMASI İLƏ BAĞLI MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.