HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (08 fevral) Ayəndə Mürsəliyeva Penitensiar Xidmətin Müalicə Müəssisəsində həyat yoldaşı, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb. A. Mürsəliyevanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, baş redaktor revmatizm ağrılarından və dişlərinin müalicəsi ilə bağlı əziyyət çəkdiyini desə də,  saxlanma şəraitindən heç bir şikayəti olmadığını bildirib.

Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

ELAN

Next Post

HƏBSDƏ OLAN JURNALİSTLƏR ÜÇÜN İMZATOPLAMA KAMPANİYASINA START VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.