HƏBSDƏ OLAN JURNALİSTLƏR ÜÇÜN İMZATOPLAMA KAMPANİYASINA START VERİLDİ

“A+Z” Reportyorlar Klubu ASİ (Azad Söz İnqilabçıları) Kluba birləşib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən klubun koordinatoru Ramin Deko bildirdi ki, bu ilin yanvar ayının 26-da yaranmış “A+Z” klubu ASİ Klub ilə eyni fəaliyyət göstərdiyi üçün bu addım atılıb.

R.Deko əlavə etdi ki, bu gündən (09 fevral) etibarən həbsdə olan jurnalistlər – “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov), eləcə də   gənc bloqçular – Emin Milli (Abdullayev) və Adnan Hacızadənin azad olunması üçün fərdi  imzatoplama kampaniyasına başlanacaq. Onun sözlərinə görə, hər məhbus üçün 1000 imza toplandıqda ölkə prezidentinə məktub ünvanlanacaq.
Qeyd edək ki, ASİ klub 2008-ci ilin oktyabr ayında bir qrup jurnalist tərəfindən təsis edilib.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU BƏYANAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.