“DAY.AZ SATILDI

“Day.az” və onun ingilisdilli versiyası olan “Today.az” layihələri satılıb. Bu xəbəri APA-ya layihənin baş redaktoru Elnur Baimov verib. E. Baimov öz açıqlamasında bildirib ki, bu məsələlər təsisçi Anar Məmmədxanov tərəfindən həll olunub və onun detallar barədə heç bir  məlumatı yoxdur.

Məsələni daha dəqiq araşdırmaq üçün saytın təsisçisi A. Məmmədxanov və baş redaktoru E. Baimovla əlaqə saxlamaq istəsək də onlardan heç biri telefon zənglərimizi cavablandırmayıb.
Xatırladırıq ki, “Day.az” və onun ingilisdilli versiyası olan “Today.az” saytları 18 fevral tarixindən öz fəaliyyətlərini dayandırıblar. Saytların təsisçisi A. Məmmədxanov və baş redaktoru E. Baimov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdikləri açıqlamalarda bildirmişdilər ki, saytlar fəaliyyətlərini sırf texniki səbəbdən dayandırıb və fevral ayının 25-dən etibarən fəaliyyətlərini bərpa edəcəklər.  
Previous Post

REFERENDUMLA BAĞLI VƏTƏNDAŞ FORUMU KEÇİRİLDİ

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.