HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Bu gün (15 mart) Ayəndə Mürsəliyeva Penitensiar Xidmətin Müalicə  Müəssisəsində həyat yoldaşı, “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən A.Mürsəliyeva baş redaktorun saxlanma şəraitindən heç bir şikayəti olmadığını bildirib.  A. Mürsəliyeva bütün tibbi avadanlıqlar olmadığından müalicənin yüksək effekt vermədiyini və baş redaktorun  revmatizm ağrılarının hələ də davam etdiyini bildirib. O həmçinin qeyd edib ki, Qənimət Zahid ciddi mütaliə ilə məşğuldur və “Quran”ı üçüncü dəfə oxumaq fikrindədir.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.

“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“DEMOKRATİK CƏMİYYƏTDƏ MEDİA: BEYNƏLXALQ VƏ YERLİ TƏCRÜBƏ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Next Post

SABİQ REJİSSORUN AZTV-YƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.