SABİQ REJİSSORUN AZTV-YƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (15 mart) Səbayel Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə Nərgiz Cabbarlının “Azərbaycan televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib. Prosesdə N. Cabbarlının nümayəndəsi Bayram Rəsulov, qarşı tərəfdən isə AzTV-nin nümayəndəsi Sədrəddin İsgəndərov iştirak edirdilər.

Qeyd edək ki, iddiaya səbəb AzTV sədrinin 30 aprel 2009-cu il tarixli 120 k/d saylı əmri ilə N.Cabbarlının AZ TV-dən azad edilməsi və bu barədə ona heç bir yazılı və ya şifahi məlumatın verilməməsidir. Buna görə də iddiaçı həmin əmrin ləğv edilməsini və əvvəlki işinə bərpa olunmasını tələb edərək məhkəməyə müraciət etmişdir.

Bu günkü prosesdə isə iddiaçı N. Cabbarlı nümayəndəsi B. Rəsulov məhkəməyə iddia tələbinin artırılması xahişi barədə ərizə təqdim etdi. N.Cabbarlı ərizədə məhkəmədən ilkin iddiasına əlavə olaraq AZ TV ilə 5 il müddətinə əmək müqaviləsinin bağlanması, Nazirlər Kabinetinin 18 iyun 2008-ci il tarixli 106 saylı qərarına hüquqi qiymətin verilməsi, AZ TV-də işçilərin əməkhaqqının işəmuzd qaydada ödənilməsinin qanunsuz hesab edərək ləğv edilməsi və vurulan mənəvi zərərə görə cavabdehdən 50.000  (əlli min) AZN tutularaq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.

Bunda əlavə iddiaçı tərəf prosesə Dövlət Sosial Müdafiə Komitəsinin (DSMK) də cəlb edilməsi barədə vəsatətlə çıxış etdilər. Hakim E. Həsənov vəsatəti təmin etdi və DSMK-nin nümayəndəsinin prosesə cəlb edilməsi üçün, prosesi 6 aprel saat 15:00 tarixinə qədər təxirə saldı.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

CƏLAL ƏLİYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN MƏHKƏMƏ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.