HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

İyulun 6-da Ayəndə Mürsəliyeva  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət  Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın  özü məlumat verib. 

O,  baş redaktorun səhhətinin normal olduğunu və saxlanma şəraitindən şikayət etmədiyini bildirib. Cəzasının üçdə bir hissəsini çəkdiyinə görə məhkəməyə müraciət edərək etməklə cəzasının ilə daha yüngül cəza əvəz edilməsinə Q.Zahidin inanmsız yanaşıb. “Qənimət bəy məsələnin texniki baxımdan həllinin Sabunçu Rayon Məhkəməsi  və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən asılı olduğunu, lakin hakimiyyətin siyasi iradəsi olmadan onların heç bir fəaliyyət göstərməyəcəklərini dedi. O, həmçinin Mətbuat Şurası və bəzi hüquq müdafiə təşkilatlarının da bu məsələ ilə məşğul olduqlarını deyərək, hələlik gözləmək lazım olduğunu söyləyib.”
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il, 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏ PROSESİNDƏ EKSPERTLƏR ZİDDİYYƏTLİ İFADƏLƏR VERİBLƏR

Next Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ HƏBS OLUNUBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.